Strongest distribution network
International Air freight
Worldwide freight services

Dəmir Yolu Nəqliyyatı

Dəmir yolu - TRANSLOG MMC-in işlədiyi əsas nəqliyyat növüdür. Dəmir yolu başqa növ nəqliyyat vasitələri ilə müqayisədə bir sıra vacib üstünlüklərə malikdir.....

Dəmiryol Vaqonlarının Tipləri

Vaqon-Sisterna:

Vaqon-sisterna maye şəklində qida və qeyri-qida yükləri, mayeləşdirilmiş qaz və tozvari....

Astara Terminal:

TransLog provides and offer different life long education logistics services...







Maye yüklərin daşınması

Konteynerlər

Layihə daşımaları

Dəniz daşımaları

TRANSLOG xüsusi dəmir yolu vaqonlar və tank-konteynerlərdə, turşu, qələvi, propilen, propan və butan, benzin, dizel yanacağı və diğər kimyəvi, qaz və nefkimya məhsulların nəql edilməsində öz təcrübəsi və xidmətlərini təklif edir. Iri həcmdə neftkimya məhsullarının nəqli üçün, Biz həm dəmir yolu daşımaları həm də, Azərbaycan və Gürcüstandakı terminallardan yüklərin ötürülməsini təmin edirik. Gəmilərin demurajının olmaması üçün, burada planlaşdırma və əlaqələndirməyə böyük əhəmiyyət verilir. Yüksək ixtisaslı əməkdaşlarımız müştərilərin təhlükəli yüklərinin daşımalarını etibarlı və peşəkar həyata keçirir. Burada böyük əhəmiyyət təhlükəsizliyə diqqət yetirilir.





Şirkət Haqqda

TRANSLOG MMC şirkəti 2015-ci ildə Azərbaycanda,Türkiyə və Gürcüstan, Türkmənistan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Tacikistan və s. kimi Qafqaz və Mərkəzi Asiya ölkələrinin nəqliyyat və logistika tələbatını ödəmək üçün peşəkarlar komandası tərəfindən yaradılmışdır. Şirkət yarandığı gündən bəri müştəri bazasını genişləndirdiyi kimi daim coğrafiyasını və özünün fəaliyyət dairəsini də genişləndirməklə məşğuldur.

Xidmətlər

TRANSLOG MMC - ixrac, idxal və beynəlxalq istiqamətlər üzrə yüklərə kompleks şəkildə xidmət göstərilməsi üçün 2015-ci ildə yaradılmış nəqliyyat-logistika şirkətidir. 2015-ci ildən TRANSLOG MMC Ukrayna, Rusiya Federasiyası, Orta Asiya ölkələri eləcə də Şərqi Avropa və Baltikyanı ölkələr, Belarus və Qafqaz ölkələri arasında yük dövriyyəsi üzrə beynəlxalq nəqliyyatda öz mövqeyini qorumaqdadır.
Müştərilərimizə göstərdiyimiz xidmətlər:

  • Dəmir yolu vasitəsilə yüklərin daşınması
  • Yüklərin ekspedisiyası

Biz kimik?

TRANSLOG MMC şirkəti 2015-ci ildə, Azərbaycanda,Türkiyə və Gürcüstan və s. kimi Qafqaz və Mərkəzi Asiya ölkələrinin nəqliyyat və logistika tələbatını ödəmək üçün peşəkarlar komandası tərəfindən yaradılmışdır. Şirkət yarandığı gündən bəri müştəri bazasını genişləndirdiyi kimi daim coğrafiyasını və özünün fəaliyyət dairəsini də genişləndirməklə məşğuldur.

2016-ci ildə şirkətin Türkiyədə filialı açıldı. Bu ofis əsasən hədəf bölgələrə təyinatlı tranzit yüklər, habelə həmin bölgələrdən gələn tranzit yüklər üçün əməliyyat ofisi kimi xidmət göstərir.

2016-2017-ci illərdə iki yeni filialın açılması planlaşdırılır.

Fəaliyyətimiz

"TRANSLOG" şirkətinin əsas fəaliyyəti beynəlxalq və daxili dəmir yolu xidmətidir.

Geniş xarici tərəfdaşlar şəbəkəsi yükləri "qapıdan qapıya qədər" çatdırmağa, yükün xüsusiyyətlərini - ölçü, tranzit vaxtı və qiymətini nəzərə alaraq ən optimal nəql üsulu, marşrut seçməyə imkan verir

Bizim iş prinsipimiz - əməkdaşların yüksək səriştə və təcrübəsi sayəsində optimal marşrutların seçilməsində peşəkar fəaliyyətin əlaqələndirilməsi yolu ilə əldə edilən yüksək keyfiyyətli logistika xidmətləridir.

Şirkətin ayrılmaz dəyərləri - hər bir müştəriyə, tərəfdaşa hörmət, səmimiyyət və etimad.

Şirkətin təqdim etdiyi xidmətlərin geniş spektrinə konteyner, təhlükəli, kiçik qabaritli, yığma və dondurulmuş yüklərin daşınması daxildir.

Əməkdaşlıq şərtləri müştəri gözləntilərinin maksimum ödənilməsi üçün hər bir müştəri ilə fərdi şəkildə müzakirə olunur.

Təkliflərimiz

TRANSLOG MMC bütün növ dəmir yolu daşımaları sahəsində böyük təcrübəyə malikdir. Bizim şirkətin müxtəlif konteyner xətləri ilə formalaşmış sıx tərəfdaşlıq münasibətləri var. Beləliklə, biz öz müştəriləmizə aşağıdakı xidmətləri təklif etmək iqtidarındayıq:

  • Demək olar ki, dünyanın istənilən nöqtəsində konteynerlərin ən yaxın limana nəqli və yüklənməsi;
  • Litva, Latviya və Estoniya limanlarına rəqabətə davamlı dəniz fraxtı;
  • İstənilən tipli dəmir yolunun vaqon parkına yükboşaltma;
  • Rusiyanın, Orta Asiya və MDB ölkələrinin istənilən nöqtəsinə dəmir yolu ilə gələcək daşınma.

Missiyamız

Müştərilərin gözləntilərini doğruldacaq keyfiyyətli xidmət və məhsul təqdim etmək şirkətimizin əsas missiyasıdır.

Keyfiyyət siyasətimiz

  • Müştərinin ehtiyacını tam olaraq qarşılamaq və müştəri məmnuniyyətini prioritet saymaq
  • Təqdim etdiyimiz xidmətlərin keyfiyyətini daim artırmaq;
  • Başlanan hər layihəni vaxtında, istənilən keyfiyyətdə və büdcə sərhədləri içində əskiksiz tamamlamaq
  • İçində olduğumuz cəmiyyətə və ətraf mühitə hörmət, nümunəvi bir quruluş olmaq və işimizi inkişaf etdirərək ölkə iqtisadiyyatının inkişafına bəhrəmizi vermək;
  • İşçilərin inkişafı üçün müntəzəm təlimlər keçirmək.

Dəyərlər

  • 1.Peşəkarlıq

    Müştərilərimizin maraqlarını yüksək keyfiyyətli fəaliyyət və xidmətlər vasitəsilə təmin etmək.

  • 2.Davamlı Təkminləşmə

    Şirkətin və əməkdaşlarının fəaliyyətini davamlı təkminləşdirməsini təmin etmək


  • 2.Keyfiyyət

    Müştərilərimizin maraqlarını yüksək keyfiyyətli və xidmətlər vasitəsilə təmin etmek







Tərəfdaşlar və Şəbəkə


TRANSLOG MMC dünyanın istənilən ölkəsinə intermodal konteyner daşımalarının aparıcı operatorlarla əməkdaşlıq edir.
TRANSLOG MMC hazırda Azərbaycan ərazisində dəmir yolu ilə aparıcı yük daşıyıcısıdır.

forktruck icon
forktruck icon

Sığorta

locations illustration

Əlavə xidmət kimi TRANSLOG MMC müştərinin tələblərindən asılı olaraq rəqabətə davamlı qiymətlərlə yüklərin sığortasını təklif edir.

TRANSLOG MMC

Beynəlxalq Daşıma

locations illustration

Bizim dəmir yolu daşımalarının marşrutları ən müxtəlif ölkələri və regionları birləşdirir:
• Avropa ölkələri;
• Uzaq Şərq və Rusiya Federasiyasının...

Daxİl ol






Bizimlə Əlaqə








  Bakı,Səməd Vurğun küçəsi-58, AF CENTER 1-ci mərtəbə, AZ1007

  +99412 597 49 57

  info@translog.az