Vaqon Tipləri



  • Açıq Yarımvaqon

    - Dənəvər yüklərin, meşə, boru, taxta daşınması üçün açıq yarımvaqonlar. Yuxarıdan tentlə və ya brezentlə örtülür. Yükləmə xüsusi texnika ilə yuxarıdan həyata keçirilir, boşaltma - tökülən yüklərin olduğu təqdirdə döşəmədəki lyuklar vasitəsilə. Yükgötürmə qabiliyyəti - 71 ton, həcm - 75,2 m3. O cümlədən, dəmir yolu platforması bortlu vaqon - dumpkar (özüboşaldan vaqon) - 1,8-1,9 tm2 sıxlığına malik tökülən yüklərin (kömür, qum, çınqıl, torpaq) daşınması üçün. Vaqonun qoşma oxu üzrə uzunluğu - 13,4 m, 14,9 m, 17,6 m, eni 3,5 m qədər, ban həcmi - 70 m³ qədər, yükgötürmə qabiliyyəti - 60—65 ton (4 oxlu vaqonlar), 100-105 ton (6 oxlu), 145 ton (8 oxlu). Yüklənmə 12,5 m2 qədər tutumlu çalova malik ekskavatorlarla həyata keçirilir. Avtomatlaşdırılmış boşaldılma vaqonun əyilən banı və açılan bortlar hesabına həyata keçirilir.


  • Vaqon-Sisterna

    - Vaqon-sisterna maye şəklində qida və qeyri-qida yükləri, mayeləşdirilmiş qaz və tozvari materialların daşınması üçün istifadə olunur. Neft məhsullarının, mayeləşdirilmiş qazın, digər kimyəvi-aktiv maye maddələrin daşınması üçün vaqon-sisterna və su, süd, maltodekstrinin daşınması üçün vaqonlar mövcuddur. Vaqon-sisternanın həcmi, bir qayda olaraq, 60,120, 125 ton təşkil edir.

  • Qapalı Vaqon

    - Müxtəlif tipli yüklərin daşınması üçün qapalı yük vaqonları (universal və xüsusi): tara qablaşdırılmış, tək-tək və tökülə bilən yüklər. 4 oxlu vaqonlarda yükgötürmə qabiliyyəti 68-71 ton, 8 oxlu vaqonlarda - 120-132 ton, həcm - 120-138,0 m3 təşkil edir. Yükləmə - yan.

  • Xopper, Mineraldaşıyıcı

    - Xopperlər, mineraldaşıyıcılar – Tökülən yüklərin, kübrə, minerallar, dənli bitkilər və digər dənəvər yüklərin daşınması üçün tətbiq olunur. Açıq və damda yükləmə lyukları olan qapalı xopperlər mövcuddur. Daşınma üçün xopper seçimi yükün xüsusiyyətindən asılı olaraq həyata keçirilir. Yükgötürmə qabiliyyəti 70 ton təşkil edir, həcm - 60-72 m3, 81-87 m3. Yükləmə-boşaltma işləri yuxarıdan xüsusi texnika ilə həyata keçirilir.