Xidmətlərin siyahısı:

Quru yüklərin aşırılması – kömür, koks, filiz, taxta və s.

Gömrük rəsmiləşdirilməsi

Daxil olan yüklərin monitorinqi.

Daxil olan məhsulların keyfiyyətinin yoxlanılması.

Bu işə görə, biz müstəqil ekspertləri cəlb edirik.

Müvəqqəti saxlanc anbar xidmətləri

Astara terminalı, İranın Astara şəhərində 35 hektar ərazidə, Azərbaycan-İran sərhədindən 1,4 km aralıqda yerləşir.

Azərbaycan və İran Hökumətlərarası razılaşmaya əsasən 2017-ci ildə Terminalın inşasına start verilib. Tikintisi “Azərbaycan Dəmir Yolları” QSC tərəfindən aparılan Astara terminalı, 25 il müddətinə Azərbaycana icarəyə verilib. Astara terminallar modulunun İnşaat işləri davam etməsinə baxmayaraq, artıq terminalın bir neçə modulu hazırdır və 2018-ci ilin əvvəlindən burada yükaşırma əməliyyatları həyata keçirilir.

Astara terminalında yükaşırma əməliyyatları “ADY Express” MMC tərəfindən aparılır.